Millət vəkilinin nəvəsi saytı təhdid edir
29.02.2016 01:14 Sosreaksiya 1005
Reaksiya.info NetXeber.com-a istinadən bildirir ki, iki gün öncə, 26 Fevral tarixində NetXeber.com İnformasiya Agentliyinin saytında “Kim bilir: Qalib müəllim itib, yoxsa Qalıb” başlıqlı yazıdan sonra sayt rəhbərliyinin ünvanına müxtəlif təhdidlər gəlməyə başlayıb.
Yazıda millət vəkili Qalib Salahzadənin qeybə çəkilməsiylə, onun ehtiyacı olan əlil insandan qaçması barəsində bəhs olunurdu.
Bu gündən başlayaraq isə özünü Qalib Salahzadənin nəvəsi kimi təqdim edən Hüseyn adlı şəxs saytımızın rəsmi facebook səhifəsi vasitəsiylə sayt rəhbərliyinə öz söyüş və təhdidlərini ünvanlayıb.
Qeyri-etik ifadələri oxuyuculara təqdim edə bilməsək də, təhdid mesajının bəzi əsas hissələrini sizə çatdırırıq.
Qeyd edək ki, NetXeber.com İnformasiya Agentliyinə bu ilk hücum deyil. Bundan öncə də NetXeber-in saytı dəfələrlə xaker hücumuna məruz qalıb. Ən sonuncu dəfə sayt 17 Fevral tarixində özlərini “P-3,14” adlandıran xaker qrupu tərəfindən dağıdılmışdı.
Şərhlər