Sərdar Həmidov vəfat etdi
29.02.2016 01:25 Sosreaksiya 824
Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov bu gün dünyasını dəyişib.
Reaksiya.info-nun Lent.az-a istinadən məlumatına görə, bu barədə onun yaxınları məlumat veriblər. S.Həmidov uzun müddətdi bir neçə xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, mərhum Həmidov səhhətinin ağırlaşması səbəbilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Bu barədə mərhumun oğlu sosial şəbəkədə xəbər yaymışdı.
Qarabağ müharibəsi iştirakçısı olan S.Həmidov Tərtər Özünümüdafiə Batalyonunun komandiri olub. S.Həmidov Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır.
Allah rəhmət eləsin.
Şərhlər