Bakıda dəhşət: avtobus məktəbliləri vurdu, 1 ölü

29.02.2016 10:10     Sosreaksiya     1378

72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan məktəbliləri vurub.
 

 Bu gün Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. İdarədən bildirilib ki, hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Şərhlər

Çox oxunanlar