Azərbaycanda təhlükəli şokolad satılıb-satılmadığına dair rəsmi - AÇIQLAMA

29.02.2016 10:19     Sosreaksiya     1187

Dünyanın 55 ölkəsində içərəsində qırmızı plastik aşkarlandığı üçün “Snikers”, “Mars”, “Milki way” və “Celebrations” şokolad batonları geri çağırılıb. Bəs “Mars” kompaniyasının istehsalı olan bu məhsullar ölkəmizdə də yığışdırılacaq? Həmin təhlükə bizim ölkəyə gətirilən şokolad batonlarında da var?

Modern.az-ın “Mars” kompaniyasına ünvanladığı sorğuya rəsmi cavab verilib.

Açıqlama bildirilib ki, keyfiyyət və ərzaq təhlükəsizliyi “Mars” kompaniyasının əsas prioriteti olduğu üçün içərisində balaca qırmızı plastik aşkarlandığı ehtimal edilən Niderland istehsalı məhsulları geri çağırıblar.

“Geri çağrılma ancaq 5 dekabr 2015-ci il-18 yanvar 2016-cı il tarixləri arasında istehsal edilən Niderland fabrikindən paylanılan şokolad batonlarına aiddir.
Niderland fabrikində istehsal edilən məhsullar Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan dövlətlərinə gətirilmir”.

Şərhlər

Çox oxunanlar