Azərbaycanlı qadınları Türkiyədə satan kişi həbs edildi
29.02.2016 13:44 Sosreaksiya 806
Azərbaycanlı qadınları Türkiyədə satan astaralı kişi həbs edilib. Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Fəxrəddin Xurşudov həbs edilib. Fəxrəddin Xurşudovun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Şərhlər