Müdafiə Nazirliyi bəzi KİV-i təxribatda ittiham edib

29.02.2016 14:31     Sosreaksiya     775

Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-i yalan xəbər yaymaqda ittiham edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanıb.

 

"Məlumat təqribən iki il əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib. Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk” - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələri ermənilərin Naxçıvana hücum etməsi barədə məlumatlar yayıb.

Şərhlər

Çox oxunanlar