Bakıda şirkətdən oğurluq edən rus əsilli kişi tutuldu

29.02.2016 15:17     Sosreaksiya     1066

Bakının Qaradağ rayonu ərazisində şirkətlərdən birində oğurluq hadisəsi baş verib. 


Reaksiya.info Teleqraf.com-a istinadən xəbər verir ki, oğurluq hadisəsi “Xəzri İstehsalat Kommersiya” firmasında qeydə alınıb. 


Məlumata görə, Qaradağ rayonu ərazisindəki “Xəzri İstehsalat Kommersiya” firmasından 200 metr uzunluğunda mis naqil oğurlanıb.


Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aleksandır Jernakov tutulub.

Şərhlər

Çox oxunanlar