FHN-dən Novruz - XƏBƏRDARLIĞI - VİDEO

29.02.2016 17:49     Sosreaksiya     808

Fövqəladə Hallar Nazirliyi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Teleqraf.com-a daxil olan müraciətdə deyilir ki, hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:   

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; - tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.  

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!  

Təhlükə zamanı 112-yə zəng edin! 

Şərhlər

Çox oxunanlar