Sabunçuda yanğın zamanı bir nəfər yanaraq öldü

01.03.2016 09:51     Sosreaksiya     1069

Gecə saatlarında Bakıda mənzildə baş vermiş yanğın zamanı bir nəfər yanaraq ölüb. Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Musayeva Nazlı Həsən qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğndan mühafizə olunub. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar