Azərbaycan martın 27-də yay vaxtına keçəcək

01.03.2016 10:44     Sosreaksiya     760

Martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. 
 
APA-nın məlumatına görə, həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.
 
Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti1997-ci ildə qərar verib. 
 
Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Şərhlər

Çox oxunanlar