Əbülfəs Qarayevdən yeni - Direktor təyinatı

01.03.2016 13:03     Sosreaksiya     835

Mədəniyyət və Turizm Nazirliyində kadr islahatları aparılıb.


Nazirlikdən AzNews.az-a bildirilən məlumata görə, Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq, Yusif Məmmədov 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib. 

Y.Məmmədov yeni vəzifəsinə 2016-ci ilin fevral ayının 25-dən başlayıb. O, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə təhsil alıb. 
Xatırladaq ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin keçmiş direktoru Eldar Bağırov 2015-ci il dekabrın 30-dan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Şərhlər

Çox oxunanlar