Bakıda məşhur bankdan 13 min oğurlandı

01.03.2016 13:13     Sosreaksiya     859

Bakıda bankdan külli miqdarda pul oğurlanıb.
Reaksiya.info  APA-ya istinadən xəbər verir ki, “Ekspressbank”ın Bakıxanov qəsəbəsində yerləşən filialında ödəmə terminalı sındırılaraq içərisindən 13 min manat pul oğurlanıb.
 
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinə məlumat verilib.
 
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər