Bakıda firmadan oğurluq edən şəxslər həbs edildi

01.03.2016 19:11     Sosreaksiya     1010

Bakının Qaradağ rayonunda firmadan oğurluq edən şəxslər məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Elman Bəkirov, Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuşlar Hüseyn Hüseynov və Ceyhun Məmmədov tutulublar. Onlar fevralın 28-də Lökbatan qəsəbəsində yerləşən firmalardan birinə məxsus transformatorların mis və alüminiumdan olan hissələrini oğurlamağa cəhd göstəriblər.

Şərhlər

Çox oxunanlar