Avtomobil divara çırpıldı - Sürücü yaralandı

02.03.2016 10:32     Sosreaksiya     1090

Gəncə şəhəri Totanlı küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daşkəsən rayon sakini 23 yaşlı Azər İsgəndərov “VAZ 21011” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın divara çırpılıb. Yaralanan sürücü Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Sağ bud sümüyünün sınığı diaqnozu qoyulan yaralı tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mehman Hüseynov həkim - “Xəstə təcili tibbi yardım briqadası tərəfindən gətirilib. Briqadanın həkiminin deməsinə görə, qatı düman olduğu üçün xəstə avtomobili divara çırpıb. Daxil olarkən xəstənin üzərindən spirtli içki iyi gəlirdi. Yardım olunub, hazırda xəstə şöbədədir.”

 


(Kəpəztv.az)

Şərhlər

Çox oxunanlar