Cərimələnən piyada polisə xəsarət yetirdi
02.03.2016 14:10 Sosreaksiya 1120
Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Hadisə “Azadlıq” prospektində qeydə alınıb.
Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib. Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.
P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
(Report.az)
Şərhlər