Nabranda qətl törədən tələbələrin məhkəməsi başladı

02.03.2016 15:51     Sosreaksiya     1126

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nabranda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlülər Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Reaksiya.info Teleqraf.com-a istinadən xəbər verir ki, qətl keçən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş.  

Orda gənclər əylənmək istəyib. Bu zaman  onlar yanlarına qız çağırıblar. Əylənəndə sonra qızın dalınca gələn taksi sürücüsü Famil Məmmədovla aralarında ciddi mübahisə düşüb. Taksi sürücüsü  tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticədə taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb. 

Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), Ramin Abbaslı isə həmin məcələnin 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib.

Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 14-nə təyin edilib. 

Şərhlər

Çox oxunanlar