Ər-arvadı xilas etmək istəyən polis dənizdə batdı - Bakıda - VİDEO

04.07.2015 12:50     Sosreaksiya     2195

Bakıda dənizdə batan şəxsin polis əməkdaşı olduğu məlum olub.
 
APA-nın məlumatına görə, dənizdə batan ər və arvadı xilas etmək üçün dənizə girən Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğlu qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb.
 
Hazırda polis əməkdaşının axtarışları davam etdirilir. 
 
Mərhum Zaur Nurəliyevi tanıyanların sosial şəbəkədə yazdığı şərhlərdə bildirilir ki, o, təxminən 40 gün öncə ata olubmuş.

Şərhlər

Çox oxunanlar