Şirvanda oksigen balonunun partlaması nəticəsində bir nəfər ölüb
03.03.2016 10:16 Sosreaksiya 1125
Bu gün səhər saatlarında Şirvan şəhəri, M. Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Şərhlər