Bakıda qorxunc cinayət:88 yaşlı ər və 83 yaşlı arvadı evdə öldürülüb - VİDEO
03.03.2016 11:12 Sosreaksiya 1386
Bakıda ahıl ər-arvad yaşadıqları evdə öldürülüb.
Bu barədə Xəzər Rayon Prokurorluğundan APA-ya məlumat verilib.
Prokurorluqdan bildirilib ki, Pirallahı rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitləri yaşadıqları evdə aşkar edilib.
Meyitlərə baxış keçirilərkən qadının üzərində zorakılıq əlamətləri aşkar edilib. Hadisənin baş vermə səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Şərhlər