Bakıda qoca ər-arvadın meyiti tapıldı

03.03.2016 16:42     Sosreaksiya     1259

88 və 83 yaşlarında olan cütlüyün ölüm səbəbi bəlli deyil.

Bakıda müəmmalı ölüm hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Pirallahı rayonunda qeydə alınıb. Rayon sakinləri 1928-ci il təvəllüdlü Hacı Əli oğlu Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona İsmayıl qızı Əmirovanın üzərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, hələlik onların hansısa bədbəxt hadisənin qurbanı olduqları, yaxud öldürüldükləri araşdırılır.

Bir neçə gün əvvəl də Tovuz rayonunda ər və arvadın yaşadıqları evdə meyitləri tapılıb.

Rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində kənd sakinləri Yolçu Hüseynov və həyat yoldaşı Sevda Hüseynovanın evdə yanmış meyitləri tapılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 54 yaşlı Novruz Hüseynov həyat yoldaşı 47 yaşlı Sevda Hüseynovanı bıçaqla qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb, tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq özünü və həyat yoldaşının meyitini yandırıb.

Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilirdi.

Şərhlər

Çox oxunanlar