Azərbaycanlı snayper həlak oldu
03.03.2016 21:59 Sosreaksiya 1229
Ramil Hüseynlinin cəsədi "Yük 200-lə" Azərbaycana göndərilib.
Hüquq müdafiəçisinin açıqladığı ölənlərin siyahısında azərbaycanlının da adı var. Siyahıda 136-cı sırada yer alan azərbaycanlının adı Ramil Huseynlidir.
"Fidel" ləqəbli Ramil (21.05.1977 – 01.01.2015) Kazanda yaşayırmış və snayper olub. Hüquq müdafiəçilərinin məlumatına görə, onun cəsədi "Yük 200-lə" Azərbaycana göndərilib.
Ölkə Krım kimi bütöv bir regionundan məhrum olub. Bu ərazi, Rusiyanın və digər iki vilayətin nəzarəçarpacaq hissəsi isə tərkibinə çox sayda Rusiya vətəndaşının daxil olduğu birləşmələrin nəzarətinə keçib. Krımın faktiki olaraq qan tökülmədən Rusiyaya birləşdirilməsi əməliyyatından sonra leksikona “çarpaz müharibə” termini daxil olub. Kiyevdə və Qərb paytaxtlarında Rusiyanı bu münaqişənin bir tərəfi hesab edirlər, beləki qarşıdurma zonasında yalnız Rusiyada istehsal olunan zirehli texnika və silahlar aşkar edilib.
Bundan əlavə Ukraynanın əlinə üstlərində Rusiya hərbçilərinin sənədləri olan silahlı adamlar keçib. Moskva Rusiya ilə həmsərhəd Ukrayna bölgələrindəki hərbi əməliyyatlarda iştirakını qəti şəkildə inkar edir və münaqişəni Ukraynadaxili qarşıdurma adlandıraraq, oradakı Rusiya hərbçilərinin müstəsna olaraq könüllü rolunda çıxış etdiklərini vurğulayır.
Bu azərbaycanlıların yad müharibədə həlak olmasıyla bağlı ilk informasiya deyil. Və təəssüf ki, çətin ki, son olsun. Azərbaycanlıların Ukraynada vuruşduğu məlumdur. Həmyerlilərimiz orada hökumət qoşunlarının tərəfində, həm də rusiyameyilli separatçıların tərəfində vuruşurlar.
Şərhlər