"Alfa Sığorta"nın rəhbərliyinə yeni təyinatlar olub
04.03.2016 09:53 Sosreaksiya 719
"Alfa Sığorta" şirkətinin İdarə Heyətinə yeni təyinatlar baş tutub.
"APA-Economics" xəbər verir ki, Əlihüseyn Qasımov İdarə Heyəti sədrinin müavini, Zahir Salahov isə İdarə Heyətinin üzvü, maliyyə direktoru təyin olunublar.
Camal Əliyev İdarə Heyətinin sədri olaraq qalıb.
Bundan başqa, Təftiş komissiyasının üzvü Şərqiyə Allahverdiyeva işdən çıxarılıb. Onu Sidqi Babayev əvəzləyib.
Şərhlər