Bakıda qadın bələdiyyə işçisindən polisə şikayət etdi

04.03.2016 11:46     Sosreaksiya     718

Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkarlanıb. 

Reaksiya.info Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Sevda Əmirova Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə ərizə ilə müraciət edərək, dələduzluqla üzləşdiyini bildirib.  Sevda Əmirova bildirib ki, Maştağa qəsəbəsi bələdiyyəsinin Faiq adlı işçisi torpaq satmaq adı ilə ondan 3 min manat alaraq dələduzluq edib. Sevda Əmirova qeyd edib ki, Faiq ondan pulu 2007-ci ilin oktyabrın 25-də alsa da, vədinə əməl etməyib. 

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar