Zaqatalada dini təriqət üzvlərinin gizli toplantısı: polisə müqavimət göstərdilər
04.03.2016 13:32 Sosreaksiya 1248
Zaqatala rayonu ərazisində qadağan olunmuş dini təriqətlərdən birinin təbliğ edilməsinin qarşısının alınması ilə bağlı əməliyyat keçirilib.
Reaksiya.info-nun Teleqraf.com-a istinadən xəbərinə görə, Zaqatala rayon polis şöbəsi əməkdaşları tərəfindən martın 3-də saat 22 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birinin təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, qardaşı Sahibin, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülüb. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcəkdir.
Rayon polis şöbəsinə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmayıblar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.
Şərhlər