Qaradağda ağır qəza - 1 ölü, 1 yaralı

04.03.2016 14:30     Sosreaksiya     1187

Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama yayıb.   

Reaksya.info Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə martın 4-də, saat 01:00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb. 

Culfa rayon sakini Elşad İmanovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Habil İsmayılovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. 

Nəticədə E.İmanovun sərnişini, Müşfiqabad qəsəbə sakini Elməddin Rəsulov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar