NATO azərbaycanlı zabitlərə dərs keçdi
04.03.2016 15:06 Sosreaksiya 781
NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq” mövzusunda kurs təşkil edilib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, təlim kursu Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin birgə iştirakı ilə keçirilib.
İştirakçılara operativ və taktiki səviyyədə “Döyüş sahəsinin hazırlığı”, “Məlumatların toplanılması, təhlili və ötürülməsi” və digər mövzularda mühazirələr təqdim olunub, eləcə də praktiki vərdişlərin artırılması məqsədilə sülhməramlı əməliyyatlar ssenarisinə uyğun komanda-qərargah məşqləri keçirilib.
Şərhlər