“Kazino məsələsinə Heydər Əliyev zamanında nöqtə qoyub”
04.03.2016 15:17 Sosreaksiya 896
Milli Məclisin bugünkü iclasında millət vəkilləri ölkədə kazinoların bərpası təklifi ilə çıxış edib. Bildirilibb ki, ölkəyə turistlərin cəlb edilməsi üçün turist bölgələrində kazinoları bərpa etmək olar. Və beləliklə də kazinolardan gələr gəlirlər də dövlət büdcəsinə köçürülər.
Moderator.az iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla kazinoların fəaliyyətinin ölkə iqtisadiyyatına nə kimi müsbət və ya mənfi təsiri ola biləcəyini araşdırmağa çalışıb.
Professor qeyd edib ki, ulu öndər Heydər Əliyev zamanında bu məsələyə nöqtə qoyub: “Vaxtilə bu məsələ müzakirə olunanda ulu öndər bu məsələyə münasibət bildirib və çox haqlı da münasibət bildirib. Bu gün İslam mərkəzi kimi çeşidli tədbirlərə ev sahibliyi edən Azərbaycanın eyni zamanda kazino açması doğru hal deyil. Bu gün Avropa ölkələri belə kazinodan imtina edir, nə ehtiyac var axı kazinoya. Bir-iki adam Bakıya gəlib kazino oynayacaq deyəmi?! Azərbaycana elə gəlir lazım deyil, Allaha şükür ki, gəlir əldə etmək üçün bizim xeyli imkanlarımız var”.
Z.Məmmədov, həmçinin onu da vurğulayıb ki, gəlir əldə etmək üçün kazino açmaq yox, təhsil sistemini inkişaf etdirmək lazımdır: “Məhz təhsil sisteminin inkişafı nəticəsində 50-60 sektor inkişaf edib. Bu gün hətta bəzi ölkələr xarici ölkələrdən gələn tələbələrə pulsuz təhsil təklif edir. Çünki ölkəyə oxumağa gələn tələbələr kirayə mənzillərdə, otellərdə qalırlar, qidalanırlar və bu da dəyişik sahələrinin inkişafına yol açır. Azərbaycanın da dəyişik sahələrin inkişaf edilməsi üçün hər cür imkanları var. Kazinoların bərpası heç müzakirə mövzusu deyil”.
Şərhlər