Bakıda yaşayış binası yanır - SON DƏQİQƏ

04.03.2016 15:25     Sosreaksiya     1180

Bakıda yaşayış binasında yanğın başlayıb. Reaksiya.info-nun Anspress-ə istinadən xəbərinə görə, yanğın Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında qeydə alınıb.
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
 
Sakinlərin binadan təxliyə edildiyi bildirilir.

Şərhlər

Çox oxunanlar