“Android” üçün ən təhlükəli virus aşkarlandı - TRİADA

04.03.2016 17:24     Sosreaksiya     1190

“Kasperski Laboratoriyası”nı təmsil edən rusiyalı mütəxəssislər “Android” əməliyyat sistemi üçün ən təhlükəlisi sayılan virus aşkarlayıblar.


Lent.az-ın “Kasperski Laboratoriyası”na istinadən məlumatına görə, onlar bu virusu “Triada” adlandırıblar.

Rusiyalı nümayəndələr bildirir ki, bu virus mobil cihazın daxilinə nüfuz edə və orada olan əlavələrin bütün işini kökündən dəyişdirə bilir. Ancaq adi istifadəçi virusu aşkar edə bilməz. Çünki o, heç bir iz buraxmır. 

Mütəxəssislər hesab edir ki, bu virus üçün ən zəif əməliyyat sistemi “Android 4.4.4” və ondan daha əvvəlki versiyalardır. 

“Kasperski Laboratoriyası”nın nümayəndələri qeyd edib ki, “Triada” virusu mobil cihazın qoşulması zamanı “Zygote” sistemindən açar kimi istifadə edir. Bu ziyanverici proqram pulların oğurlanması, həmçinin SMS və tərtibatçılar əlavə kontent alarkən məlumatlarının ələ keçirilməsi üçün istifadə olunur.

Şərhlər

Çox oxunanlar