Qazaxıstanda Təbliğ camaatı üzvlərinə hökm oxunub

04.07.2015 16:06     Sosreaksiya     1890

Qazaxıstanın Almatı şəhərində Bostandik Region Məhkəməsində görülən iddiada Təbliğ Camaatı liderinə 4 il 8 ay həbs cəzası verildi.

Məhkəmənin qərarında daha əvvəl məhkumluğu olmayan Sake Tulbayevin "Cəmiyyət nizamına və təhlükəsizliyinə qarşı" cinayətlər törətdiyi ifadə edilib. Tulbayevin qadağan edilmiş "Təbliğ Camaatı"nın dəvət fəaliyyətlərində aktiv rol aldığı qeyd olunub.

Məhkəmənin qərarına görə, şübhəlinin evində axtarış aparılanda dini kitablar və broşuralar tapılıb. Ancaq şübhəli məhkəmədə bu ittihamları rədd edbi və olan materialların axtarış zamanı polis tərəfindən evinə qoyulduğunu bildirib.

Qərarda həmçinin Sake Tulbayevin 1990-cı illərdən bəri "Təbliğ Camaatı" təşkilatının təbliğatını apardığı və bundan əvvəl xaricdəki dini mərkəzlərdə təlim keçdiyinin müəyyən edildioyini qeyd olunub.

Qeyd edək ki,Hindistan və Pakistanda qurulan "Təbliğ Camaatı" ilk dəfə Özbəkistanda radikal dini cərəyan kimi qadağan edilmişdi. Bu təriqət 2006-ci ildə Tacikistanda, 2009-ci ildə Rusiyada və son olaraq 2013-ci ildə Qazaxıstanda qadağan edilib.

Şərhlər

Çox oxunanlar