Oğuz sakinini məhkəmə binasında cərəyan vurdu
04.03.2016 17:45 Sosreaksiya 1240
Şəki rayonunda faciəli hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Oğuz rayon sakini Füzuli Hacıməmmədov elektrik cərəyanı vurması nəticəsində ölüb. Qeyd edək ki, hadisə Şəki Məhkəmə Kompleksində baş verib. Martın 3-də, axşam saat 19 radələrində Oğuz rayonu Bacaq kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Hacıməmmədovu Şəki Məhkəmə Kompleksinin həyətində elektrik cərəyanı vurub.
47 yaşlı Füzuli Hacıməmmədov hadisə yerində keçinib. Baş verən hadisə ilə bağlı Şəki Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər