Saatlıda 2 çoban suda boğulub
05.03.2016 10:17 Sosreaksiya 1214
Martın 4-də saat 23.00 radələrində Saatlı rayonunun Smada kəndi ərazisində yerləşən fermanın balıqçılıq üçün nəzərdə tutulan süni gölündən 2 şəxsin meyiti tapılaraq çıxarılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həmin şəxslər Quba rayonunun Xalaxudat kənd sakinləri, 1989-cu il təvəllüdlü Gülməliyev Süleyman Səttar oğlu və 1998-ci il təvəllüdlü Rəhimov Məhərrəm Zöhrab oğludur. Onların çoban olduqları bildirilir. Bu şəxslərin hansı şəraitdə suda boğulduqları istintaq tərəfindən araşdırılır.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər