2 aylıq qız beşikdən yıxıldı, öldü - Bakıda faciə
05.03.2016 10:59 Sosreaksiya 1203
Qobustan qəsəbəsi massiv 8-də yaşayan Şahin Babayevin 2 aylıq qızı bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu ilin yanvarın 3-də dünyaya göz açan Bahar bir müddət əvvəl evdə beşiyindən yıxılıb.
Körpə, kəllə-beyin travması ilə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Xəstəxanada bir həftə müalicə olunduqdan sonra orada vəfat edib.
Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər