Beşinci mərtəbədən özünü atmaq istədi

05.03.2016 17:41     Sosreaksiya     860

Gəncədə intihar hadisəsinin qarşısı alınıb.Reaksiya.info-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda bir nəfərin intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. Dərhal FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:55-də başa çatıb.

Şərhlər

Çox oxunanlar