DİQQƏT: İstifadəçilərin pullarını oğurlayan yeni virus tapılıb

05.03.2016 20:40     Sosreaksiya     1171

Kasperskiy Laboratoriyası Android platforması üçün nəzərdə tutulmuş və bu tip bütün zərərverici proqram təminatlarını geridə qoyan yeni növ Triada troyanı aşkar ediblər.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Publika.az-a verilən məlumata görə, Triadanın fərqlənən xüsusiyyəti onun öz kodunu troyana yoluxmuş qurğunun bütün tətbiqetmələrinə daxil etməsi və onların işləmə məntiqini dəyişməsidir. Bundan başqa troyan, modul arxitekturası və yoluxmuş qurğuda izlərin effektiv itirilməsi üçün bir sıra alətlərə malikdir. Sistemi tam yoluxdurmağa başlamamışdan öncə troyan qurğunun adı, əməliyyat sisteminin versiyası, SD kartın ölçüsü, qurğunun operativ yaddaşı haqda məlumat, IMEI, IMSI, yüklənən tətbiqetmələrin siyahısını əldə edir.

Modul arxitekturası sayəsində zərərverici hər qurğuya tələb olunan sayda komponentlər yükləyərək konkret hücumlar həyata keçirə bilər. Bununla yanaşı troyan, özünü mobil qurğuya yüklənmiş tətbiqetmələrin və hal-hazırda işə salınmış proseslərin siyahısından gizlədə bilir. Hazırki vəziyyətdə Triada istifadəçilərə məxsus pulların ələ keçirilməsi üçün istifadə olunur. 

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi bildirir ki, zərərverici proqram əsasən Android 4.4.4 və aşağı versiyalar üçün daha təhlükəli hesab oluna bilər.

Şərhlər

Çox oxunanlar