Arvadının ayrılmasına dözməyib - Özünü yandırdı
07.03.2016 10:28 Sosreaksiya 996
Göygöl rayon sakini intihara cəhd edib.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Cavanşir Valeh oğlu Aşırəliyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan 37 yaşlı kişi dərhal xəstəxanaya çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirlib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Onun özünü yandırmasına səbəb həyat yoldaşının ata evinə qayıtması olub. Cavanşir Aşırəliyev tüfeyli həyat tərzi keçirir və tez-tez ailəsi ilə mübahisə edirmiş. Bunu görən həyat yoldaşı uşaqlarını da götürüb atası evinə qayıdıb. 37 yaşlı kişi isə həyat yoldaşı qayıtmasa özünü yandıracağını bildirib. Səylətinin nəticəsiz qaldığını gördükd isə özünə od vurub.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ölkə ərazisində sonuncu özünüyandırma faktı fevral ayının 23-də qeydə alınıb. Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi, 23 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Eldar Akif oğlu Bəkirov sərxoş vəziyyətdə üstünə benzin tökərək özünü yandırıb.
Xəstəxanadan onu da bildirmişdilər ki, özünü yandıran Eldar Bəkirov kimsəsizdir. Bəzi məlumatlara görə, E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib.
(Anspress.com)
Şərhlər