Bakıda cibgirlik edən qadın və kişi tutuldu

07.03.2016 21:01     Sosreaksiya     921

Bakının Nəsimi rayonunda avtobusda cibgirlik edən şəxs məsuliyyətə cəlb edilib.  Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Ləman Əlizadə və Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Elgün Azayev tutulub. Onlar yanvarın 27-də 85 saylı xətt avtobusunda Bakı şəhər sakini Səbinə Əliyevanın əl çantasından mobil telefonu cibgirlik yolu ilə oğurlamaqda şübhəli biliniblər.

Şərhlər

Çox oxunanlar