Balakəndə vanna otağında partlayış olub, 95 yaşlı kişi ağır yanıq xəsarətləri alıb

08.03.2016 10:09     Sosreaksiya     755

Balakəndə 95 yaşlı kişi ağır yanıq xəsarətləri alıb.

 

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 8-də saat 06:10 radələrində rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Araşdırma zamanı məlum olub ki, 95 yaşlı M. Mustafayev yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış baş verib.

 

Nəticədə M. Mustafayev bədənin 2-ci və 3-cü A dərəcəli termiki yanıq xəsarətləri alıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M. Mustafayevin vəziyyəti ağır qiymətləndirilir.
 

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar