Plastik qablar xəstəlik yaradır - Ekspert həyəcan təbili çalır
08.03.2016 13:47 Sosreaksiya 956
“İsti yay şəraitində içməli suların plastik qablarda qablaşdırılması yol verilməzdir”.
Bunu AzNews.az-a açıqlamasında Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, plastik tara əziləndə onun tərkibində olan kimyəvi maddələr suya qarışır: “Belə hallarda xəstəlik yaranır. Ümumiyyətlə, nəinki suların, hətta ərzaq məhsullarının belə plastik qablaşdırmaları arzuolunan deyil. İqtisadiyyat Nazirliyi yanında plastik taradan imtina ilə bağlı xüsusi komissiya yaradılıb. Biz çalışırıq ki, plastik taradan imtina olunsun. Ət, toyuq məhsulları da bu qablarda yerləşdirilir. Bu, insan orqanizmi üçün təhlükəlidir. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı dəfələrlə broyler şirkətlərinə məktub göndərib, amma yenə də bir tədbir görülmür. Son vaxtlar süd məhsulları, şorabalar da plastik qablarda satılır. Bu isə insanların tədricən zəhərlənməsinə gətirib çıxarır”.
Şərhlər