Smartfonunuz sizi güdürmü?

08.03.2016 15:59     Sosreaksiya     1362

 
Hər şey avtomobil qəzasından başlandı. Mən paltarlarımı ütüləməklə məşğul idim ki, anam gəlib ailə dostumuzun Tailandda baş vermis yol qəzasında həlak olduğunu xəbər verdi.
 
Telefonum arxada dayağın üstündə idi. Lakin mən telefonu əlimə alıb axtarış mühərrikini işə salanda dostumuzun adı ekranda peyda oldu: Orada “Tailand, motosiklet qəzası” sözləri də yazılmışdı. Sonra axtarış pəncərəsinin altındakı tarixə baxıb sarsıldım.
Mən dəqiq bilirəm ki, telefonumda axtarış aparmamışdım. Axı əlimdə iş var idi. Paltar ütülüyürdüm.
Bu nədir yoxsa, telefonum mənim söhbətlərimə qulaq asırmış?.. Mən bu söhbəti dostlarımın yanında edəndə, onlar da buna bənzər əhvalatlardan danışdılar. Xüsusilə də reklamla bağlı.
Dostlarımdan biri nişanlısına deyirdi ki, başağrısından şikayətlənib və səhərisi görüb ki, Tvitterdəki miqren qrupu ona öz dəstəyini təklif edir.
Başqa bir dostum isə öz bacısı ilə vergi məsələlərindən söhbət etmişdi, ertəsi gün artıq Facebook-dakı vergi ekspertləri ona öz xidmətlərini təklif edirdilər.
Axı kim bilə bilər ki, mən az əvvəl Rolling Stones qrupuna qulaq asmışam. Reddit icma internet saytı belə əhvalatlarla doludur.
Bir jurnalist yazırdı ki, maşında gedərkən arvadı ilə gigiyenik paketlər barədə söhbət edirmiş və növbəti dəfə internetə baxanda ona ən müxtəlif paketlərin reklamının göndərildiyini görüb.
Lakin mikrofon açıq olsaydı və telefon bu müddətdə informasiya göndərməklə məşğul idisə, batereya çoxdan tükənməli, fərdi məlumat bazası aşıb-daşmalı idi.
 
Texnologiya gizlinləri
 
 
Mən Pen Test Partners qrupundan kibertəhlükəsizlik eksperti Ken Munro və onun həmkarı David Lodge-u sorğu-suala çəkdim: Aplikasiya insanı bu şəkildə güdə bilərmi?
"Əvvəlcə inanmağım gəlmədi. Bu o qədər cəfəng görünürdü ki…” – deyib Munro. Amma buna baxmayarq tezliklə, şübhələr təsdiqini tapıb.
Onlar sözügedən aplikasiyanının prototipini hazırlayıblar. Bundan sonra onu bir tərəfə qoyub söhbətə başlayıblar. Telefon onları “görür” və “eşidirdi”. Çünki onların danışıqlarının mətni ekranda peyda olurdu.
"Biz yalnız Google Android proqramının mövcud funksionallığından istifadə etmişdik. Onu lap əvvəldən rahatlığına görə seçmişdik” – deyir Munro.
"Biz telefonun mikrofonunu açıq qoymuşduq, internetdə dinləyici server qurmuşduq. Həmin telefonun mikrofonu nəyi eşidirdisə, bizə çatdırırdı və biz bundan istifadə edib reklam materiallarını göndərirdik” – deyir ekspert.
Belə bir sistemi qurmağa iki gün vaxt sərf etmişdilər. Yaradılmış sistem mükəmməl deyildi, lakin hər şey real vaxtda baş verirdi və telefon açar sözləri müəyyən edə bilirdi. Bu zaman batareyadan istifadə minimum idi.
“Biz artıq mövcud olan kodlardan istifadə etmişdik, - deyir David Lodge, - Aydındır ki, istifadəçinin bütün bunlardan xəbəri olmaya bilər. Apple və Google-a gəlincə isə, onlar bunu, əlbəttə, tapıb dayandıra bilərdilər. Amma bütün bunları yaratmaq çox asan olmuşdu”.
"Mən daha belə şeylərə şübhə etmirəm, - deyir Ken Munro, - Biz isbat etdik ki, bu ola bilər. Amma reallıqda baş verirmi? Mümkündür…”
 
Google cavab verir
 
Əsas texnologiya firmaları belə bir ideyanı kökündən rədd edirlər.
 
Google deyir ki, o bu cür icazəsiz dinləyən proqramlardan istifadə etmir və proqramın işləməsini istəyən istifadəçi aydın şəkildə əmr etməlidir: “Hə Google”. Bundan sonra Google səsi tanıyaraq reklam və ya başqa məqsədlər üçün istifadə edə bilər. Lakin audiomaterialın özü üçünücü tərəfə heç bir halda verilmir.
Google şirkətinin sözçüsü bildirib ki, şirkətin dinləmə qabiliyyəti yalnız səs xidmətlərini təmin edir.
Sözçü habelə şirkətin aplikasiya siyasətinə də aydınlııq gətirib. Onun aplikasiyaları istifadəçinin xəbəri olmadan informasiya toplamır. Bu qaydanı pozan aplikasiyalar Google Play bazasından çıxarılır.
BBC-nin sorğusuna cavab olaraq Facebook bildirib ki, o, əsas brendlərin mikrofon vasitəsilə alınmış informasiya əsasında reklam hədəfləməsi aparmasına yol vermir. Facebook istifadəçinin razılığı olmadan onun informasiyasını üçüncü tərəflərlə paylaşmır.
Facebook bildirib ki, onun reklamları yalnız üzbvlər ayrasında opaylaşılaninformasiyaya və onların başqa saytlardakı axtarış meyllərinə söykənir.
Başqa böyük texnoloji şirkərlər də səsizləmə texnikasından istifadə etmədiklərini bildiriblər.
 
Təsadüf
 
Bu müəmmanın, dediklərimiz və gördüklərimiz arasında heç bir əlaqənin olmamasının əlbəttə, riyazi izahatı da verilə bilər.
London İmperiya Kollecindən riyaziyyat professoru David Hand “Mümkünsüzlük prinsipi” kitabında yazır ki, fövqəladə hadisələr həmişə baş verir.
“Biz təkamül baxımından izahat axtarmağa təlimlənmişik, – deyir alim, - Əgər siz düşməninizlə bağlı işarə görürsünüzsə, sağ qalmaq üçün qaçıb gedirsiniz. Burda da eyni hal baş verir. Bu təsadüf ola bilməz. Lakin təsadüflərin üst-üstə düşməsi üçün o qədər imkanlar mövcuddur ki…”
"Əgər siz rast gəlinməsi şansı çox cüzi olan bir şeyi götürsəniz, bu, mütləq baş verəcək” – deyir Hand.
İnsanlar onları məhz hazırda məşğul edən məsələrlə bağlı ayıq-sayıq olurlar. Məsələn, kimsə maşın almağı düşünür, kimsə məzuniyyətə getməyi.
Və elə bu vaxt bunlarla əlaqədar, lakin həmişə arxa planda olan şeylər nəzərimizi cəlb edir.
 
Nə gözəl təsadüf…
 
Professor Hand özü də təsadüflərin cazibəsindən sığortalanmayıb.
Onun kitabı çap olunanda, başqa bir müəllifin də buna bənzər kitabı çıxmışdı. “Təsadüfün hökmü” kitabının müəllifi John Ironmonger professor Handla eyni gündə doğulmuş, hətta onun həyat yoldaşının məzun olduğu universiteti bitirmişdi.
“Olur da belə təsadüflər – deyir, - Amma bunun niyə baş verdiyini anlamağımız hadisənin gözəlliyini azaltmır”.
 

 

Şərhlər

Çox oxunanlar