Azərbaycanlı milyarderin başı dərddə - Edam qalmaqalı

08.03.2016 17:23     Sosreaksiya     975

İranlı gənc milyarder Babək Zəncaninin ölüm hökmünə məhkum edilməsi onun azərbaycanlı ortağı Rza Zərrabın yenidən gündəmə gəlməsinə səbəb olub.

 

Türkiyənin müxalif Cumhuriyyət Xalq Pariyasının (CHP) başqan müavini Erdal Aksüngen Ərdoğan hakimiyyətini Rza Zərrabın Zəncani ilə əlaqələrini araşdırmağa çağırıb.

CHP təmsilçisi Zra Zərrabın Zəncani ilə iş ortağı olduğunu deyərək azərbaycanlı əsilli milyarderin cəzalandırılmasını tələb edib.

“İran edam qərarı qəbul etdiyi halda, Türkiyə hökuməti korrupsiya, rüşvətxoluqla bağlı məhkəmə işini ört-basdır edir. İran Zəncaniyə edəm cəzası verdiyi halda, Türkiyə Rza Zərrabı ölkənin ən çox vergi ödəyən şəxsi tituluna layiq görür. Əgər Zəncaninin Rza Zərrabla bir əlaqəsi varsa, bizim hökumət bununla bağlı çox ciddi addımlar atmalıdır”. 

CHP-nin Balıkəsir bölgəsi üzrə millət vəkili Namiq Havuçun fikrincə, Rza Zərrab bu hadisələrdə birbaşa günahkardır: “Türkiyə hökuməti İran tərəfindən Babək Zəncaninin ittiham aktını almalı və Rza Zərrabla onun əlaqələrini üzə çıxarmalıdır. Gömrük və Ticarət Nazirliyinin hazırladığı sənəddə qeyd olunub ki, Rza Zərrabın sahibi olduğu şirkətlər edam cəzasına məhkum edilən Babək Zəncaninin firmalarına həm pul vəsaiti, həm də qızıl göndərib. Nazirliyin sənədlərində hər şey açıq-aşkar görünür ki, Rza Zərrabla Babək Zəncaninin şirkətləri arasında ticərət əlaqələri olub”. 

Milliyətçi Hərəkat Partiyasının (MHP) başkan vəkili Oktay Vural da Rza Zərrab olayına sərt təpki verib. 

“Elə bir Türkiyədə yaşayırıq ki, burada çirkli pulların yuyulması ilə bağlı bır sıra əməliyyatlar keçirilir. Onlar edam cəzası verir, bizim nazirlər isə təltif edirlər”. 

Qeyd edək ki, B.Zəncani Türkiyədə ötən ilin dekabrın 17-də "Böyük rüşvət" əməliyyatı çərçivəsində həbs edilmiş azərbaycanlı milyarder, əslən Güney Azərbaycandan olan Rza Zərrabın iş ortağı kimi gündəmə gəlib. 

Zəncani İran neftini sataraq pullarını mənimsəməkdə ittiham olunur. Ona qarşı 2 milyard 800 milyon dollarlıq dələduzluq ittihamı irəli sürülüb.

O, 2013-cü ilin dekabr ayında həbs edilib. Babək Zəncani Türkiyə, BƏƏ və Malayziyada aktivlərə malik Sorinet Group korporasiyasının rəhbəridir. 

 

 

(AzVision.az)

Şərhlər

Çox oxunanlar