Azərbaycanda bir neçə evi ildırım vurdu - VİDEO

09.03.2016 10:28     Sosreaksiya     1181

Ötən gün Şəkidə bəzi evləri ildırım vurub.
 
Kanal S xəbər verir ki, nəticədə sakinlərə məxsus məişət əşyaları yararsız hala düşüb. Rayonun Baltalı kənd sakinləri Rza Lətifov və Muxtar Osmanova məxsus evləri ildırım vurub. İldırım elektrik sayğacını sıradan çıxarıb, nəticədə bu evlər işıqsız qalıb. Xoşbəxtilkdən xəsarət alan olmayıb.
 
Oşxar hadisə kəndin bir neçə ərazisində yaşanıb. Baltalı kəndinin icra nümayəndəsi məsələdən məlumatlı olduğunu bildirib. Yaxın vaxtlarda bu evlərin elektrik enerjisi ilə təmin olunacağı qeyd olunub.
 
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, belə hava şəraiti martın 8-i günorta saatlarına kimi davam edəcək. Bu müddət ərzində isə rayonda leysan xarakterli yağıntıların olacağı və bəzən də bu yağıntının dolu ilə müşahidə ediləcəyi bildirilib. Həmçinin, bəzi ərazilərdə yağıntının sulu qara çevriləcəyi də istisna olunmur. Temperatur digər günlərlə nisbətən 7-10 dərəcə aşağı enəcək.
 

Şərhlər

Çox oxunanlar