Azərbaycan MDB-də ən təhlükəsiz ölkədir
09.03.2016 10:53 Sosreaksiya 797
Vəziyyət nəzarət altında olub.
Hər 100 min nəfərə (277) düşən cinayət sayına görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında ən təhlükəsiz və sabit ölkədir.
Reaksiya.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üçün hesabatında deyilir.
Keçən il ölkədə cinayətkarlıqla mübarizədə müsbət nəticələr əldə edilib, operativ vəziyyət nəzarət altında olub, - hesabatda deyilir.
Keçən il keçirilən 585 kütləvi tədbir, o cümlədən də 517 beynəlxalq tədbir zamanı ictimai təhlükəsizlik daxili işlər orqanları və daxili qoşunlar tərəfindən təmin edilib.
Şərhlər