Bakı – Şamaxı yolunda ağır qəza - iki ölü

09.03.2016 14:03     Sosreaksiya     1270

Abşeron rayonu ərazisində ölümlə nəticələnən ağır qəza baş verib.

Gün.Az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, martın 8-də saat 16 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində Qobustan şəhər sakini Mehman Musayevin idarə etdiyi “VAZ-21061” və Ağsu rayon sakini Mais Şıxəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində M.Musayev və sərnişini - həmyerlisi Elnur İbrahimov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar