103 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb
09.03.2016 14:57 Sosreaksiya 1074
2015-ci ildə 146 əcnəbi (ailə üzvləri ilə birlikdə 255 nəfər) qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib.
121 əcnəbiyə qaçqın statusunun verilməsi barədə vəsatətlərin təmin olunmamasına, 43 əcnəbi haqqında isə qaçqın statusunun verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib. Bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib.
Məruzə qeyd edilib ki, hazırda 6 əcnəbinin (ailə üzvləri ilə birlikdə 14 nəfər) vəsatəti icraatdadır. 9 nəfərin qaçqın statusu ləğv edilib. Bununla da hazırda ölkədə qaçqın statusu alaraq yaşayanların sayı 63 nəfərə enib.
2015-ci il ərzində Azərbaycanda müraciət edənlərdən heç birinə qaçqın statusu verilməyib.
Hesabatda həmçinin qeyd edilib ki, 2015-ci ildə 422 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 7 nəfərin isə vətəndaşlığı bərpa olunub.
Eyni zamanda 2015-ci ildə aparılan araşdırmalar nəticəsində 103 nəfərin Azərbaycan vətəndaşlığına xitam verilib, onlar vətəndaşlıqdan xaric edilib.
(Modern.az)
Şərhlər