Nobel prospektində qəza - Ölən var

09.03.2016 16:52     Sosreaksiya     1215

Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 8-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Elvin Verdiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.

Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar