Azərbaycanda daha bir icra başçısı barədə şok - Onu tənqid edənlərin başını keçəl qırxdırır

09.03.2016 17:03     Sosreaksiya     878

Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovun onu tənqid edənləri cəzalandırma üsulu hər kəsi şoka salıb.

Reaksiya.info-nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısı onun haqqında Facebook-da status yazan gəncləri yanına çağırtdırıb, onları dinləyir. Sonra isə onların keçəl edilməsi əmrini verir. 
 
Qeyd olunur ki, daha sonra həmin gənclərin ona problem yaratmaması üçün 15-20 günlük müddətə həbs etdirir ki, gəncin başına tük gəlsin. 

Şərhlər

Çox oxunanlar