Bakıda avtomobil yanıb, xəsarət alanlar var

09.03.2016 17:35     Sosreaksiya     975

Bakıda baş verən yol qəzası nəticəsində avtomobil yanıb.

 

APA-nın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonunda qeydə alınıb. Baş verən yol qəzası nəticəsində vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yangın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar