Maliyyə nazirinə qarşı təxribata - CAVAB

10.03.2016 14:55     Sosreaksiya     836

Bu gün bəzi yerli mətbuat orqanlarında Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub. 


Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.
 

APA-nın məlumatına görə, nazirliyin mətbuat katibi Mais Piriyev sorğuya cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"

 

 

Şərhlər

Çox oxunanlar