Yol polisinin evakuatoru maşını əzib qaçdı - VİDEO

10.03.2016 15:08     Sosreaksiya     1087

Martın 7-də Bakıda yol polisinin evakuatoru qəza törədib.
Reaksiya.info avtosfer.az-a istinadən xəbər verir ki, qəza Füzuli küçəsi, 49 ünvanında baş verib. «Mercedes» markalı, 10 KH 318 dövlət nömrə nişanlı avtomobil yolun sağı ilə hərəkət edərkən 99 JF 111 dövlət nömrə nişanlı evakuator soldan ötmə əməliyyatı edib. Bu zaman hər iki avtomobil sağa döndüyü üçün avakuator «Mercedes»i vurub. Qəzadan sonra evakuator hadisə yerindən uzaqlaşıb. Evakuatorda olan polis əməkdaşı isə zərər çəkən sürücüyə «bufer əzilib, dəyişərsən» deyib və hadisə yerini tərk edib. 

Şərhlər

Çox oxunanlar